Qelebə.az / AFFA hakimi təhqir edən futbolçunu 4 oyunluq cəzalandırıb

AFFA hakimi təhqir edən futbolçunu 4 oyunluq cəzalandırıb

16-05-2024, 12:27

AFFA-nın İntizam Komitəsi Əvəzedicilər Liqasında çıxış edən “Kəpəz-2” klubunun futbolçusu Nicat Məmmədovu 4 oyunluq cəzalandırıb.

“QELEBE.AZ”un qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, buna səbəb N.Məmmədovun matçın 40-cı dəqiqəsində hakimi təhqir etməsi olub.

Futbolçunun bu hərəkətinə görə “Kəpəz-2” 300 manat cərimələnib.

Geri qayıt