Qelebə.az / I Liqanın mərkəzi matçını FIFA referisi idarə edəcək

I Liqanın mərkəzi matçını FIFA referisi idarə edəcək

16-05-2024, 11:58

Azərbaycan I Liqasının XXVI turunda bu gün keçiriləcək iki oyunun təyinatları bəlli olub.

"Report"un məlumatına görə, çempionluq yolunda böyük əhəmiyyət kəsb edən “Qaradağ Lökbatan” – “Şamaxı” matçını Əliyar Ağayev idarə edəcək.

“Araz Saatlı” – “İmişli” qarşılaşmasında isə Əli Əliyev iş başında olacaq.

Azərbaycan I Liqa, XXVI tur

16 may (cümə axşamı)

17:00. “Qaradağ Lökbatan” – “Şamaxı”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
VAR: Elçin Məsiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Lökbatan OİK stadionu (canlı // CBC Sport)

17:00. “Araz Saatlı” – “İmişli”
Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Aydın Baxşıyev, Əkbər Əhmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Saatlı OİK stadionu (canlı // pfl.az)

Geri qayıt