İlk turda yaxşı nəticə əldə etməyə çalışacağıq.
"Report" xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Vüqar Bayramov Qızıl Avropa Liqasına hazırlaşan komandanın açıq məşqindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, yığmada təcrübəli oyunçularla birlikdə gənclərin də yer aldığını söyləyib: "Təlim-məşq toplanışı yaxşı keçir. Rəqiblərimizdən Rumıya yığması təcürbəli və yaxşı komandadır. Ukrayna kollektivi də Qızıl Avropa Liqasında finalda iştirak edib. Ulduz oyunçulara malikdirlər. Asan rəqiblər deyillər. Yığmanın ən yaxşı vaxtlarında belə bu komandalara qarşı çətin qarşılaşmalar keçirmişik. Qalib gəldiyimiz matçlar da olub. Nəticə barədə əvvəlcədən danışmaq çox çətindir".
Qeyd edək ki, komanda mübarizəyə mayın 17-də start verəcək. 17-19 may tarixlərində Azərbaycanda baş tutacaq ilk turda millimizin rəqibləri Rumıniya və Ukrayna yığmaları olacaq. Mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda isə yığma meydan sahibi ilə yanaşı, Şimali Makedoniya kollektivi ilə üz-üzə gələcək. Üçüncü tur 31 may - 2 iyun tarixlərində Estoniyda baş tutacaq. Burada rəqiblər ev sahibi komanda və Lüksemburq olacaq.