Qelebə.az / Kevin De Bruyne İngiltərə Premyer Liqasında rekordu təkrarlayıb

Kevin De Bruyne İngiltərə Premyer Liqasında rekordu təkrarlayıb

15-05-2024, 11:13

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Kevin De Bruyne Sesk Fabreqasın Premyer Liqadakı rekordunu təkrarlayıb.

"QELEBE.AZ" "Opta"ya istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi buna "Tottenhem"ə səfərdə 2:0 hesabı ilə qalib gəldikləri XXXIV turun matçında məhsuldar ötürmə verməklə nail olub.

O, cari çempionatda 10 assistlə yadda qalıb. Beləliklə, 32 yaşlı futbolçu ardıcıl 6 Premyer Liqa mövsümündə ən azı 10 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Sesk Fabreqas İngiltərədə "Çelsi" və "Arsenal"ın formasını geyinib.

Geri qayıt