Qelebə.az / Azərbaycan I Liqasında VAR sistemindən istifadə olunacaq

Azərbaycan I Liqasında VAR sistemindən istifadə olunacaq

13-05-2024, 13:12

Azərbaycan I Liqasında keçiriləcək “Qaradağ Lökbatan” – “Şamaxı” oyununda VAR (Video Köməkçi Hakim) sistemindən istifadə olunacaq.

"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Çempionluq yolunda böyük əhəmiyyət kəsb edən qarşılaşma mayın 16-da, saat 17:00-da başlayacaq.

Qeyd edək ki, sona iki tur qalmış “Qaradağ Lökbatan” 53 xalla liderdir. Rəqibindən iki xal az toplayan qonaqlar ikinci pillədə qərarlaşıb.

Geri qayıt