Ondan ancaq qələbə gözləyirik.
Bunu "Report"a açıqlamasında Nəriman Abbasovun şəxsi məşqçisi Şəhriyar Abbasov idmançının Qazaxıstan təmsilçisi Fanil Rafikova qarşı keçirəcəyi döyüşlə bağlı danışarkən deyib.
Mütəxəssis “Naiza Fighting Championship” və "AMC Fight Nights"ın birlikdə çempionluq kəməri uğrunda görüş təşkil etdiyini bildirib: "Nəriman bu dəfə formadadır. Özünü göstərməlidir. Ondan çox yaxşı döyüş gözləyirik. Hər kəsə buna baxmağı tövsiyə edirəm. Möhtəşəm qarşıdurma olacaq".
Şəhriyar Abbasov rəqibi təhlil etdiklərini də söyləyib: "Bu döyüş 2023-cü ildə olmalı idi. Lakin rəqibin zədələnməsinə görə baş tutmadı. Beş raund olacaq. Vaxtından əvvəl də bitə bilər. Biz də bunu istəyirik, planda var. Qarşılaşmanın gedişatından da çox şey asılıdır. Nəriman burada özünü sübut etməlidir. Amma idmanda fors-major hallar da olur".
Qeyd edək ki, döyüş mayın 18-də Almatı şəhərində baş tutacaq.