Qelebə.az / "Aimchess Rapid": Şəhriyar Məmmədyarov final görüşünə çıxacaq

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov final görüşünə çıxacaq

20-10-2022, 10:13

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ilk final görüşünü keçirəcək.

"QELEBE.AZ"un məlumatına görə, 37 yaşlı qrossmeyster polşalı Yan Kşiştof-Duda ilə görüşəcək.

İkinci final qarşılaşması oktyabrın 21-də olacaq.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov yarımfinalda Rumıniyanı təmsil edən Riçard Rapporta qalib gəlib.

Geri qayıt