Qelebə.az / Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında seminar təşkil olunub

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında seminar təşkil olunub

11-05-2024, 12:46

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında məşqçi, tibb personalı və idmançılar üçün “İdman və ekologiya” mövzusunda seminar təşkil olunub.

"QELEBE.AZ" xəbər verir ki, (ADBTİA) təşkil olunan təlimə 60-dək iştirakçı qoşulub.

Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası, ADBTİA-nın birgə təşkilatçılığı ilə baş tutan təlim məşqçilərin, idmançıların, tibb personalının bilik və bacarıqlarının artırılması, fəaliyyətlərinin daha da təkmilləşdirilməsi və digər mövzuları əhatə edib

Geri qayıt