Qelebə.az / Gənclər və İdman Nazirliyinin rəhbərliyi Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Gənclər və İdman Nazirliyinin rəhbərliyi Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

10-05-2024, 22:07

Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

"Report" xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi böyük ehtiramla yad edilib.

Qurum rəsmiləri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.

Geri qayıt