Qelebə.az / “Masallı” klubuna texniki məğlubiyyət verilib

“Masallı” klubuna texniki məğlubiyyət verilib

10-05-2024, 14:22

AFFA İntizam Komitəsi “Masallı” klubuna texniki məğlubiyyət verib.

“Report”un qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, buna komandanın U-16 Liqasında “Turan Tovuz” ilə səfər matçına təyin edilən vaxtda gəlməməsi səbəb olub.

Nəticədə "Masallı" 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Geri qayıt