Qelebə.az / Musa Qurbanlı İsveç klubunun U-21 komandasında fərqlənib

Musa Qurbanlı İsveç klubunun U-21 komandasında fərqlənib

7-05-2024, 10:50

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin “Yurqorden” klubunun U-21 komandasında qol vurub.

"QELEBE.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu “Deqerfors”a qarşı Elit Liqa Kuboku matçında fərqlənib.

Qurbanlı komandasının 4:2 hesablı qələbə qazandığı matçda hesabı açıb.

Qeyd edək ki, Musa Qurbanlı cari mövsüm İsveç çempionatında əsas komandanın heyətində cəmi 2 oyunda şans qazanıb və 30 dəqiqə meydanda olub.

Geri qayıt