Qelebə.az / Bundesliqa klubu baş məşqçisini istefaya göndərib

Bundesliqa klubu baş məşqçisini istefaya göndərib

6-05-2024, 17:56

Almaniyanın Bundesliqa təmsilçisi "Union" baş məşqçisi Nenad Byelitsa ilə yollarını ayırıb.

"Report" Berlin klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssisin komandadan gedişi rəsmən təsdiqlənib.

Xorvatiyalı 2023-cü ilin noyabrında "Union"a keçmişdi.

Qeyd edək ki, paytaxt təmsilçisi Bundesliqada 30 xalla 15-ci pillədə qərarlaşıb.

Geri qayıt