Qelebə.az / "Milan"ın futbolçusunun evi qarət olunub

"Milan"ın futbolçusunun evi qarət olunub

19-10-2022, 16:23

İtaliyanın "Milan" klubunun futbolçusu Teo Ernandesin evi qarət edilib.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, oktyabrın 18-də axşam saatlarında 25 yaşlı müdafiəçinin Kassano Magnaqodakı villasına 4 silahlı şəxs girib.

Fransalı oyunçu evdə olmasa da, onun sevgilisi və altı aylıq oğlu villada olub. Soyğunçular bir milyon avro dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Hazırda polis məsələ ilə bağlı araşdırma aparır.

Geri qayıt