Qelebə.az / "Qarabağ" hücumçusu ilə müqavilənin müddətini uzadıb

"Qarabağ" hücumçusu ilə müqavilənin müddətini uzadıb

5-05-2024, 12:16

"Qarabağ" klubu futbolçusu Nəriman Axundzadənin müqaviləsinin müddətini uzadıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

20 yaşlı hücumçu ilə yeni anlaşma daha 4 il müddətinə nəzərdə tutulub.

Nəriman Axundzadə ilə 2028-ci ilin iyununa qədər sözləşmə imzalanıb.

Qeyd edək ki, Azərbaycan çempionu bir gün əvvəl müdafiəçi Bəhlul Mustafazədə ilə müqavilənin müddətini 3 illik artırıb.

Geri qayıt