Qelebə.az / Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb

4-05-2024, 16:45

Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında gimnastikanın inkişafı və təbliği məqsədilə anlaşma memorandumu imzalanıb.

"Report" Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, memorandumu AGF-nin baş katibi Nurlana Məmmədzadə və Kuba Gimnastika Federasiyasının vitse-prezidenti Yainet Villalta Pena imzalayıblar.

Əməkdaşlığın iki qurum arasında təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.

Geri qayıt