Qelebə.az / Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb

Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb

3-05-2024, 10:55

Azərbaycan Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb.

"QELEBE.AZ"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, Qiyas Əhmədov - Vacib Babayev (2008-2009-cü il təvəllüdlü) cütlüyü 200 metr məsafəyə kayak yarışında gümüş mükafata sahib çıxıb.

Qeyd edək ki, bu gün başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayır. Azərbaycan idmançıları daha əvvəl 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər.

Geri qayıt