Qelebə.az / Messi MLS-də aprelin ən yaxşı futbolçusu seçilib

Messi MLS-də aprelin ən yaxşı futbolçusu seçilib

3-05-2024, 09:47

ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi MLS-də ötən ayın ən yaxşı oyunçusu seçilib.

"QELEBE.AZ"un MLS-in mətbuat xidmətinə istinadən məlumatına görə, 36 yaşlı superulduz apreldə meydana çıxdığı 4 oyunda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, fevral-mart aylarının ən yaxşı oyunçusu mükafatını “İnter Mayami"nin digər hücumçusu Luis Suares qazanıb.

Geri qayıt