Qelebə.az / Fransa klubu baş məşqçisini istefaya göndərib

Fransa klubu baş məşqçisini istefaya göndərib

2-05-2024, 17:10

Fransanın “Reyms” klubu baş məşqçisi Uill Stilli istefaya göndərib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

31 yaşlı belçikalı mütəxəssis 2022-ci ildə Fransa klubuna baş məşqçi təyin edilib.

Qeyd edək ki, “Reyms” Fransa Liqa 1-də cari mövsüm XXXI turdan sonra 40 xalla 11-ci pillədə qərarlaşıb.

Geri qayıt