Qelebə.az / "Aimchess Rapid": Məmmədyarov bu gün yarımfinal görüşünə çıxacaq

"Aimchess Rapid": Məmmədyarov bu gün yarımfinal görüşünə çıxacaq

19-10-2022, 09:43

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində yarımfinal görüşünə çıxacaq.

"QELEBE.AZ"un məlumatına görə, 37 yaşlı qrossmeyster bu raundda Rumıniyanı təmsil edən Riçard Rapportla üz-üzə gələcək.

Digər yarımfinal görüşü isə norveçli dünya çempionu Maqnus Karlsenlə polşalı Yan Kşiştof-Duda arasında olacaq.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov 1/4 finalda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorova qalib gəlib.

Geri qayıt