Qelebə.az / Çempionlar Liqası: bu gün yarımfinal mərhələsinin ilk görüşlərinə yekun vurulacaq

Çempionlar Liqası: bu gün yarımfinal mərhələsinin ilk görüşlərinə yekun vurulacaq

1-05-2024, 09:23

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşlərinə yekun vurulacaq.

"QELEBE.AZ" xəbər verir ki, bu gün Almaniyanın "Borussiya" (Dortmund) komandası doğma meydanda Fransa təmsilçisi PSJ-ni sınağa çəkəcək.

Hər iki kollektiv 1/4 finalda İspaniya təmsilçilərini mübarizədən kənarlaşdırıb. Dortmund klubu "Atletiko"dan (Madrid), fransızlar isə "Barselona"dan güclü olub.

"Siqnal İduna Park"da keçiriləcək "Borussiya" - PSJ matçı saat 23:00 başlayacaq.

UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyun

1 may

23:00. “Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa)
Baş hakim: Entoni Teylor (İngiltərə).
Dortmund, “Siqnal İduna Park” stadionu.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk matçında "Real" (Madrid) səfərdə "Bavariya" ilə heç-heçə edib - 2:2.

Geri qayıt