Qelebə.az / İlqar Nadiri: ECA-nın tədbirləri Azərbaycan klublarının böyüməsinə kömək edir

İlqar Nadiri: ECA-nın tədbirləri Azərbaycan klublarının böyüməsinə kömək edir

29-04-2024, 15:43

Fikrimcə, belə konfranslar Azərbaycan klublarının inkişafına, böyüməsinə kömək edir.

Bunu "QELEBE.AZ"a açıqlamasında Avropa Klublar Assosiasiyasının (ECA) tədbirində iştirak etmiş "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.

Funksioner nüfuzlu iclasa Avropanın 300-dən çox klubundan rəhbər şəxslərin qatıldığını söyləyib: "Bu cür iclaslarda iştirak etmək olduqca vacibdir. Klublarımızın məqsədi Azərbaycan futbolunun inkişafına nail olmaqdır".

Qeyd edək ki, aprelin 24-də ECA-nın İdarə Heyətinin iclası keçirilib. Toplantıdan sonrakı günlərdə Avropa klublarının iştirakı ilə əlaqələndirmə qruplarının görüşləri gerçəkləşib. Burada Azərbaycan Premyer Liqasının təmsilçiləri də iştirak ediblər.

Geri qayıt