Qelebə.az / La Liqa: "Sevilya" "Valensiya" ilə heç-heçə edib

La Liqa: "Sevilya" "Valensiya" ilə heç-heçə edib

19-10-2022, 04:13

“Sevilya” futbol üzrə İspaniya çempionatının X turu çərçivəsində öz meydanında “Valensiya” ilə heç-heçə edib – 1:1.

"QELEBE.AZ" xəbər verir ki, “əndəlüslülər” (“Sevilya”) görüşün 6-cı dəqiqəsində "yarasalar"ın hücumçusu Edinson Kavaninin qoluna 86-cı dəqiqədə Erik Lamelanın vurduğu qolla cavab veriblər.

Matçın sonunda meydan sahiblərinin müdafiəçisi Kike Salas birbaşa qırmızı vərəqə alıb.

Beləliklə, "Sevilya" 10 xal toplayıb və La Liqanı 10-cu pillədə başa vurub. "Valensiya"nın 15 xalı var, turnir cədvəlində 8-ci yerdədir.

Geri qayıt