Qelebə.az / AVF-nın prezidenti: Voleybolun Azərbaycanda ənənəsi böyükdür

AVF-nın prezidenti: Voleybolun Azərbaycanda ənənəsi böyükdür

23-04-2024, 18:24

Voleybolun Azərbaycanda ənənəsi böyükdür.

"QELEBE.AZ"un məlumatına görə, bu sözləri Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov ölkə çempionatının filan oyunu çərçivəsində keçirilən "Azərreyl" - "Abşeron" (3:1) matçının ardından baş tutan təntənəli bağlanış mərasimində deyib.

O, qalibləri təbrik edib: "Hər iki komanda gözəl oyun sərgilədi. Azarkeşlərə də xüsusi təşəkkür düşür. Sona qədər doğma komandalarını dəstəklədilər. Voleybol idmanı günü-gündən inkişaf edir və biz dövlətimizin qayğısını hiss edirik. Məqsədimiz Azərbaycanda Voleybolu ən yüksəklərə daşımaqdır".

Geri qayıt