Qelebə.az / Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu turunun proqramı bəlli olub

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu turunun proqramı bəlli olub

22-04-2024, 13:57

Azərbaycan Basketbol Liqasında XVIII turun proqramı bəlli olub.

"Report"un məlumatına görə, müntəzəm mövsümün son oyunları aprelin 24-28-i aralığında keçiriləcək.

Aprelin 24-də, saat 19:00-da mərkəzi qarşılaşmada "Sabah" və "Xəzri" komandaları üz-üzə gələcəklər. Qalib komanda mövsümü birinci pillədə başa vuracaq.

Müntəzəm mövsüm aprelin 28-də "NTD-İndiqo" - "Şəki" matçı ilə başa çatacaq.

Azərbaycan Basketbol Liqası
XVIII tur

24 aprel
19:00. "Sabah" - "Xəzri"
“Sərhədçi” İdman Mərkəzi

25 aprel
19:30. "Xırdalan" - "Cəlilabad"
“Sərhədçi” İdman Mərkəzi

26 aprel
19:30. "Sərhədçi" - "Neftçi"
“Sərhədçi” İdman Mərkəzi

27 aprel
14:00. "Gəncə" - "Sumqayıt"
Gəncə Olimpiya Kompleksi

28 aprel
14:00. "NTD-İndiqo" - "Sumqayıt"
Xaçmaz Olimpiya Kompleksi

Geri qayıt