Qelebə.az / Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

17-04-2024, 17:58

Basketbol üzrə Azərbaycan kubokunda ilk finalçı müəyyənləşib.

“QELEBE.AZ” xəbər verir ki, “Sərhədçi” İdman mərkəzində keçirilən matçda “NTD-İndiqo” və “Xəzri” kollektivləri qarşılaşıb.

78:73 (14:31, 24:15, 17:13, 18:19) hesabı ilə qalib gələn ikincilər ölkə kubokunun həlledici mərhələsinə vəsiqə qazanıblar.

Yarımfinalın digər görüşündə “Neftçi” və “Sərhədçi” komandaları münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşma saat 19:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan kubokunun final görüşü aprelin 20-si saat 15:00-da oynanılacaq.

Geri qayıt