Qelebə.az / İddiaçılar Turniri: Nicat Abasov Karuan ilə bərabərə qalıb

İddiaçılar Turniri: Nicat Abasov Karuan ilə bərabərə qalıb

15-04-2024, 07:59

Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turniri keçirilir.

“Report” xəbər verir ki, kişilərin yarışında 9-cu turda azərbaycanlı qrossmeyster Nicat Abasov Fabiano Karuana (ABŞ) ilə bərabərə qalıb.

Abasov bundan öncə Yan Nepomnyaşşi (iki dəfə), Hikaru Nakamura (ABŞ), Əlirza Firuzca (Fransa) və Vidit Santoşla (Hindistan) heç-heçə edib, Fabiano Karuana (ABŞ), Qukeş Dommaraj (Hindistan), Rameşbabu Praqnandaya (Hindistan) yenilib.

Turnirdəki vəziyyət: Nepomnyaşşi, Qukeş – hərəyə 5,5 xal, Praqnananda – 5 xal, Nakamura, Karuana, Vidit Santoş – 4, Firuzca – 3,5, Abasov – 3.

Turnir iki dairədə keçirilir. Qalib dünya çempionu Dinq Lirenlə (Çin) şahmat tacı uğrunda oynayacaq.

Geri qayıt