Qelebə.az / Olimpiya Təsnifat turniri: Azərbaycan millisi finala vəsiqə qazanıb

Olimpiya Təsnifat turniri: Azərbaycan millisi finala vəsiqə qazanıb

14-04-2024, 12:00

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxıb.

"QELEBE.AZ"un məlumatına görə, yığma yarımfinalda Macarıstan kollektivi ilə üz-üzə gəlib.

Rəqibini 21:19 hesabı ilə üstələyən komandamız finala yüksəlib.

Turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.

Geri qayıt