Qelebə.az / "Fənərbağça"nın iki futbolçusu "Olimpiakos"la oyundan əvvəl sıraya dönüb

"Fənərbağça"nın iki futbolçusu "Olimpiakos"la oyundan əvvəl sıraya dönüb

8-04-2024, 17:28

Türkiyənin "Fənərbağça" klubunun iki futbolçusu Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyunundan əvvəl sıraya dönüb.

"QELEBE.AZ" "NTV Spor"a istinadən xəbər verir ki, zədəsini sağaldan Fred və İsmail Yüksək komanda ilə məşqlərə start verib.

Qeyd edək ki, aprelin 11-də gerçəkləşəcək "Olimpiakos" - "Fənərbağça" matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Geri qayıt