Qelebə.az / Azərbaycan güləşçisi: Çamizonu ancaq gəncəlilər məğlub edə bilərdilər, mən də bacardım

Azərbaycan güləşçisi: Çamizonu ancaq gəncəlilər məğlub edə bilərdilər, mən də bacardım

7-04-2024, 19:27

"Frank Çamizonu ancaq gəncəlilər məğlub edə bilərdilər, mən də bacardım. Ona daha əvvəl Toğrul Əsgərov qalib gəlmişdi".

“Report”un məlumatına görə, bunu Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov (74 kq) İtaliya təmsilçisi Frank Çamizonu məğlub etdiyi Bakıdakı Avropa Olimpiya Təsnifat turnirinin yarımfinal görüşü barədə jurnalistlərə açıqlamasında deyib.

ikiqat dünya və dördqat Avropa çempionu olan rəqibini üstələyərək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan 23 yaşlı güləşçi bunu son saniyələrdə bacardığını vurğulayıb: “Yarışa çox ciddi hazırlaşmışdım. Turnir Azərbaycanda təşkil olunduğu üçün ikiqat motivasiya ilə hazırlaşırdım. Dünya çempionatında sona 3 saniyə qalmış lisenziyanı əldən vermişdim. Burada isə əksinə, sona 3 saniyə qalmış lisenziya qazandım”.

Geri qayıt