Qelebə.az / İngiltərə Premyer Liqası ABŞ-da turnir keçirəcək

İngiltərə Premyer Liqası ABŞ-da turnir keçirəcək

17-10-2022, 17:07

İngiltərə Premyer Liqası 2023-cü ildə yeni turnir keçirməyi planlaşdırır.

QELEBE.AZ saytının məlumatına görə, mövsümöncəsi hazırlıq çərçivəsində baş tutacaq yarış ABŞ-da təşkil olunacaq.

Turnirdə Premyer Liqanın 6 klubu mübarizə aparacaq. Onlar öncə iki qrupda qüvvəsini sınayacaq. Qarşılaşmalar ABŞ-ın müxtəlif şəhərlərində keçiriləcək.

Qeyd edək ki, hazırda Premyer Liqanın turnir cədvəlinə “Arsenal” başçılıq edir.

Geri qayıt