Qelebə.az / KİV: Stanislav Çerçesova Azərbaycan millisinin baş məşqçi postu təklif ediləcək

KİV: Stanislav Çerçesova Azərbaycan millisinin baş məşqçi postu təklif ediləcək

3-04-2024, 11:20

AFFA Stanislav Çerçesova Azərbaycan millisinin baş məşqçi postunu təklif edəcək.

“QELEBE.AZ” xəbər verir ki, bu barədə “Sport-Express” nəşri məlumat yayıb.

Bildirilir ki, qurumun yeni rəhbərliyi rusiyalı mütəxəssislə rəsmi danışıq aparmağa hazırlaşır. 60 yaşlı çalışdırıcı bu posta əsas namizəd hesab olunur.

Qeyd edək ki, Stanislav Çerçesov 2023-cü ilin yayında Macarıstanın “Ferentsvaroş” klubundan ayrıldıqdan bəri işsizdir.

Geri qayıt