Qelebə.az / İtaliya Kubokunun yarımfinalının ilk oyununda "Yuventus" "Latsio"nu məğlub edib

İtaliya Kubokunun yarımfinalının ilk oyununda "Yuventus" "Latsio"nu məğlub edib

3-04-2024, 01:48

İtaliya Kubokunun yarımfinal mərhələsinin "Yuventus" və "Latsio" arasında keçirilən ilk oyunu başa çatıb.

“QELEBE.AZ” xəbər verir ki, matç “Yuventus”un 2:0 hesablı qələbəsi ilə başa çatıb.

50-ci dəqiqədə "Yuventus"un hücumçusu Federiko Kyeza fərqlənib. 64-cü dəqiqədə isə Duşan Vlahoviç hesabı 2:0-a çatdırıb.

Komandalar arasında cavab oyunu aprelin 23-də keçiriləcək.

Geri qayıt