Qelebə.az / Ronaldu "Əl-Nəsr"də het-trik edib

Ronaldu "Əl-Nəsr"də het-trik edib

31-03-2024, 10:24

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda növbəti qollarını vurub.

"Report"un məlumatına görə, 39 yaşlı hücumçu yerli çempionatın XXV tur matçında het-trik edib.

Təcrübəli forvard 65, 67 və 87-ci dəqiqələrdə fərqlənib. O, cari mövsüm liqadakı qollarının sayını 26-ya çatdırıb.

Qeyd edək ki, "Əl-Nəsr" hazırda 59 xalla ikinci pillədə qərarlaşıb.

Geri qayıt