Qelebə.az / Azərbaycan Premyer Liqası: "Səbail" "Turan Tovuz"la heç-heçə edib

Azərbaycan Premyer Liqası: "Səbail" "Turan Tovuz"la heç-heçə edib

30-03-2024, 18:31

Azərbaycan Premyer Liqasında XXVIII turun növbəti oyunu keçirilib.

“QELEBE.AZ”un məlumatına görə, “Səbail” “ASCO Arena”da “Turan Tovuz”u qəbul edib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

“Səbail”in heyətində 21-ci dəqiqədə Pedro Nuno hesabı açsa da, ilk hissəyə artırılmış 4-cü dəqiqədə "Turan Tovuz"un oyunçusu Fərid Nəbiyev penaltini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib.

Hesabında 38 xal olan "Səbail" turnir cədvəlində 6-cı, "Turan Tovuz" isə 36 xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura martın 31-də yekun vurulacaq.

Geri qayıt