Qelebə.az / Tərlan Əhmədov: "Oyunun əvvəlində futbolçularda həyəcan var idi"

Tərlan Əhmədov: "Oyunun əvvəlində futbolçularda həyəcan var idi"

16-10-2022, 17:21

"Maraqlı və mübarizəli oyun izlədik. Görüşün əvvəlində komandada həyəcan hiss olunurdu. Bu, 4 illik fasilədən sonra Gəncədə Premyer Liqanın ilk matçı idi".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Gəncədə "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının X tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis komandanın azarkeşlərinə təşəkkür edib: "Sonadək bizə dəstək oldular. Qol buraxandan sonra "ayıldıq". Qarşımıza qoyulan tapşırığı yerinə yetirməyə çalışdıq. Oyunun qırılma anı qırmızı vərəqə almağımız oldu. Komandanın müdafiədə oturacağını düşündüm. Amma azlıqda olsaq da, yaxşı mübarizə apardıq. Qol üçün epizodlarımız da oldu. "Neftçi" kimi komandaya qarşı azlıqda çıxış etmək çətindir".

Geri qayıt