Qelebə.az / Rusiyalı qapıçının "Qarabağ"ın düşərgəsinə qoşulacağı tarix bəlli olub

Rusiyalı qapıçının "Qarabağ"ın düşərgəsinə qoşulacağı tarix bəlli olub

25-03-2024, 09:24

Rusiya millisinin qapıçısı Andrey Lunyov bu gün "Qarabağ"ın düşərgəsinə qoşulacaq.

"Report" xəbər verir ki, 32 yaşlı qolkiper bu barədə "Championat" nəşrinə açıqlamasında deyib.

Qeyd edək ki, martın 23-də Rusiya yığmasının təlim-məşq toplanışı başa çatıb. Daha əvvəl komandanın Paraqvay millisi ilə yoldaşlıq görüşü Moskva vilayətindəki terror aktına görə ləğv edilib. Qarşılaşma bu gün gerçəkləşməli idi. Rusiya millisi martın 21-də Serbiyanı 4 cavabsız qolla üstələyib. Lunyov bu matçda meydana çıxmayıb.

Geri qayıt