Qelebə.az / Azərbaycan təmsilçisi ilk dəfə batut gimnastikası üzrə olimpiadaya lisenziya qazanıb

Azərbaycan təmsilçisi ilk dəfə batut gimnastikası üzrə olimpiadaya lisenziya qazanıb

25-03-2024, 13:25

Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

"QELEBE.AZ" xəbər verir ki, bu, Azərbaycanın gimnastika tarixində batut gimnastikası üzrə qazanılan ilk lisenziyadır.

Bununla da gimnastika millimizin Paris-2024-ə qazandığı vəsiqələrin sayı ikiyə yüksəlib.

Xatırladaq ki, bədii gimnastımız Zöhrə Ağamirova da ötən il Paris-2024-ə lisenziya əldə etmişdi.

Geri qayıt