Qelebə.az / Azərbaycanlı hakim-inspektor Yunanıstan yığmasının oyununa təyinat alıb

Azərbaycanlı hakim-inspektor Yunanıstan yığmasının oyununa təyinat alıb

20-03-2024, 13:26

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.

“Report” xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyununda iş başında olacaq.

Asim Xudiyev Yunanıstan – Andorra qarşılaşmasının hakim-inspektoru kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, görüş martın 26-da baş tutacaq.

Geri qayıt