Qelebə.az / Azərbaycanlı hücumçu İsveç çempionatının ən dəyərli futbolçuları sırasındadır

Azərbaycanlı hücumçu İsveç çempionatının ən dəyərli futbolçuları sırasındadır

20-03-2024, 12:05

Azərbaycanlı hücumçu Musa Qurbanlı İsveç çempionatının ən dəyərli futbolçuları sırasındadır.

“Report”un Beynəlxalq İdman Araşdırmaları Mərkəzinə (CİES) istinadən məlumatına görə, “Yurqorden” klubunun oyunçusu İsveç Allsvenskanında çıxış edən ən bahalı 9-cu futbolçudur.

21 yaşlı forvardın transfer qiyməti 3,4 milyon avroya bərabərdir. İsveç çempionatının ən dəyərlisi isə 7,9 milyon avro ilə “Malmö”nün yarımmüdafiəçisi Sebastian Nanasidir.

Geri qayıt