Qelebə.az / Azərbaycan millisinin futbolçusu zədə səbəbindən heyətdən çıxarılıb

Azərbaycan millisinin futbolçusu zədə səbəbindən heyətdən çıxarılıb

19-03-2024, 15:57

FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan millisinin heyətində dəyişiklik olub.

"QELEBE.AZ" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"dan yığmaya cəlb edilən Aleksey İsayev zədə səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, millimiz martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığmaları ilə qarşılaşacaq.

Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Geri qayıt