Qelebə.az / Azərbaycan Premyer Liqasında mövsümünün ilk avtoqolu qeydə alınıb

Azərbaycan Premyer Liqasında mövsümünün ilk avtoqolu qeydə alınıb

14-10-2022, 16:29

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün ilk avtoqolu qeydə alınıb.

"Report"un məlumatına görə, Şamaxıda eyniadlı komanda ilə "Qəbələ" arasındakı oyunda meydan sahiblərinin müdafiəçisi Adil Nağıyev topu öz qapısından keçirib.

60-cı dəqiqədə qapı qarşısına edilən ötürmə əvvəlcə dirəyə, ardınca isə Nağıyevə dəyərək tora daxil olub.

Qeyd edək ki, hazırda matçda ikinci hissə oynanılır və hesab qonaqların xeyrinədir - 1:0.

Geri qayıt