Qelebə.az / Almaniya klubu baş məşqçisi ilə müqaviləni yeniləyib

Almaniya klubu baş məşqçisi ilə müqaviləni yeniləyib

8-03-2024, 15:59

Almaniya Bundesliqasında çıxış edən "Ştutqart" klubu baş məşqçisi Sebastyan Höneslə müqaviləni yeniləyib.

"QELEBE.AZ" klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssislə müqavilənin müddəti 2027-ci ilin yayına qədər uzadılıb.

S.Hönes 2023-cü il aprelin 4-dən komandaya rəhbərlik edir. Onun müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaqdı.

Qeyd edək ki, "Ştutqart" hazırda Bundesliqada 50 xalla 4-cü pillədə qərarlaşıb.

Geri qayıt