Qelebə.az / Peşəkar Futbol Liqasının icraçı direktoru UEFA-dan təyinat alıb

Peşəkar Futbol Liqasının icraçı direktoru UEFA-dan təyinat alıb

29-02-2024, 10:35

Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.

"QELEBE.AZ" xəbər verir ki, bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.

Azərbaycanlı funksioner UEFA Konfrans Liqasının 1/16 final mərhələsi çərçivəsində martın 7-də Avstriyanın Qrats şəhərindəki “Stadium Graz Liebenau” stadionunda keçiriləcək “Şturm” (Avstriya) – “Lill” (Fransa) oyununun UEFA nümayəndəsi olacaq.

Geri qayıt