Qelebə.az / "Neftçi"nin futbolçusu: "Qarabağ"ın Portuqaliyadakı qələbəsi təsadüf deyil

"Neftçi"nin futbolçusu: "Qarabağ"ın Portuqaliyadakı qələbəsi təsadüf deyil

22-02-2024, 14:18

"Qarabağ"ın Portuqaliyadakı qələbəsi təsadüf deyil. Komanda Avropa səviyyəsində oyun sərgiləyir.

"QELEBE.AZ"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Filip Ozobiç "Qarabağ"ın bu gün Portuqaliyanın "Braqa" komandasına qarşı keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin cavab matçı barədə danışarkən deyib.

2018-2023-cü illərdə Ağdam təmsilçisinin formasını geyinən yarımmmüdafiəçi hazırda "Neftçi"nin oyunçusu olduğunu və "ağ-qaralar"ın oyunlarına kökləndiyini söyləyib.

Qeyd edək ki, Filip Ozobiç 2023-cü ilin yayında "Qarabağ"dan "Neftçi"yə keçib.

Geri qayıt