Qelebə.az / Çempionlar Liqası: “Arsenal” minimal hesabla məğlub olub

Çempionlar Liqası: “Arsenal” minimal hesabla məğlub olub

22-02-2024, 02:08

İtaliyanın "Napoli" futbol klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin ev oyununda İspaniyanın "Barselona" klubu ilə 1:1 hesablı heç-heçə edib.

“QELEBE.AZ” xəbər verir ki, görüş Neapolda baş tutub.

Matçda (60-cı dəqiqə) hesabı “Barselona”nın hücumçusu Robert Levandovski açıb. Cavab qolunu meydan sahiblərinin hücumçusu Viktor Osimhen vurub (75).

Günün digər oyununda isə Portuqaliyanın “Portu”su evdə İngiltərə “Arsenal”ına minimal hesabla qalib gəlib - 1:0. Cavab oyunları martın 12-də müvafiq olaraq Barselona və Londonda keçiriləcək.

Geri qayıt