Qelebə.az / Avropa çempionatında 7 medal qazanan sərbəst güləşçilərimiz Vətənə qayıdıblar

Avropa çempionatında 7 medal qazanan sərbəst güləşçilərimiz Vətənə qayıdıblar

19-02-2024, 21:26

Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında 1 gümüş və 6 bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçiləri Vətənə qayıdıblar.

"QELEBE.AZ"un məlumatına görə, 122 xalla komanda hesabında 3-cü yeri tutan sərbəst güləş üzrə millimizi Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının nümayəndələri, məşqçilər və idmançılar qarşılayıblar.

Geri qayıt