Qelebə.az / Azərbaycan parabadmintonçusu lisenziya xarakterli dünya çempionatında iştirak edəcək

Azərbaycan parabadmintonçusu lisenziya xarakterli dünya çempionatında iştirak edəcək

19-02-2024, 12:37

Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Tailand Krallığının Pattaya şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

“Report” xəbər verir ki, yarış fevralın 20-25-i aralığında təşkil olunacaq.

İbrahim Əliyev SU5 kateqoriyasında qüvvəsini sınayacaq.

Qeyd edək ki, mundial Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.

Geri qayıt