Qelebə.az / Konfrans Liqası: Beş komanda pley-offa vəsiqə qazana bilər

Konfrans Liqası: Beş komanda pley-offa vəsiqə qazana bilər

13-10-2022, 08:00

Bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək.

"Report"un məlumatına görə, Türkiyənin turnirdəki təmsilçilərindən "Başakşehir" bu tur pley-off vəsiqəni təmin edə bilər. Bunun üçün İstanbul təmsilçisi evdə Latviyanın RFŞ komandasına qalib gəlməli, eyni zamanda, "Fiorentina"nın evdə Şotlandiya "Harts"ını məğlub etməsini gözləməlidir.

"Başakşehir"lə yanaşı, daha 4 komanda vaxtından əvvəl 1/8 finala adlaya bilər. B qrupunda İngiltərə "Vest Hem"i Belçika "Anderlext"ini yenəcəyi halda adını növbəti raunda yazdıracaq.

C qrupunda İspaniya "Vilyarreal"ı pley-offa çıxmaq üçün Avstriyada "Austriya" (Vyana) klubunu məğlubiyyətə uğratmalıdır. E qrupunda isə Niderlandın "AZ Alkmaar" komandası Kiprdə "Apollon"a qalib gəlsə, qrupdan çıxmağl təmin edəcək.

Nəhayət, F qrupunda İsveç "Yurqorden"i pley-offun bir addımlığındadır. Bunun üçün komanda evdə Belçika "Gent"ini üstələyib, Norveç "Molde"sinin İrlandiyada "Şemrok Rovers" üzərində qələbə qazanmasına ümid etməlidir.

UEFA Konfrans Liqası

Qrup mərhələsi, III tur

6 oktyabr

A qrupu

20:45. "Başakşehir" (Türkiyə) - RFŞ (Latviya)

20:45. "Fiorentina" (İtaliya) - "Harts" (Şotlandiya)

Xal durumu: "Başakşehir" - 7, "Fiorentina" - 4, "Harts" - 3, RFŞ - 2.

B qrupu

23:00. "Styaua" (Rumıniya) - "Silkeborq" (Danimarka)

23:00. "Vest Hem" (İngiltərə) - "Anderlext" (Belçika)

Xal durumu: "Vest Hem" - 9, "Anderlext" - 4, "Silkeborq" - 3, "Styaua" - 1.

C qrupu

20:45. "Austriya" (Vyana, Avstriya) - "Vilyarreal" (İspaniya)

23:00. "Hapoel" (Ber-Şeva, İsrail) - "Lex" (Polşa)

Xal durumu: "Vilyarreal" - 9, "Lex" - 4, "Hapoel" - 2, "Austriya" - 1

D qrupu

20:45. "Partizan" (Serbiya) - "Köln" (Almaniya)

23:00. "Nitsa" (Fransa) - "Slovaçko" (Çexiya)

Xal durumu: "Partizan" - 5, "Nitsa" - 5, "Köln" - 4, "Slovaçko" - 1

E qrupu

20:45. "Apollon" (Limassol, Kipr) - "AZ Alkmaar" (Niderland)

23:00. "Vaduts" (Lixtenşteyn) - "Dnepr-1" (Ukrayna)

Xal durumu: "AZ Alkmaar" - 9, "Dnipro" - 4, "Vaduts" - 2, "Apollon" - 1

F qrupu

20:45. "Yurqorden" (İsveç) - "Gent" (Belçika)

23:00. "Şemrok Rovers" (İrlandiya) - "Molde" (Norveç)

Xal durumu: "Yurqorden" - 7, "Molde" - 4, "Gent" - 4, "Şemrok Rovers" 1

G qrupu

20:45. ÇFR (Rumıniya) - "Slaviya" (Praqa, Çexiya)

23:00. "Balkani" (Kosovo) - "Sivasspor" (Türkiyə)

Xal durumu: "Balkani" - 4, "Sivasspor" - 4, "Slaviya" - 4, ÇFR - 4

H qrupu

20:45. "Slovan" (Bratislava, Slovakiya) - "Bazel" (İsveçrə)

23:00. "Jalgiris" (Litva) - "Pünik" (Ermənistan)

Xal durumu: "Bazel" - 6, "Pünik" - 6, "Slovan" - 4, "Jalgiris" - 1

Geri qayıt