Qelebə.az / Mbappe PSJ-nin Çempionlar Liqasında ən çox qol vuran futbolçusu olub

Mbappe PSJ-nin Çempionlar Liqasında ən çox qol vuran futbolçusu olub

12-10-2022, 09:03

Kilian Mbappe Fransanın PSJ klubunun UEFA Çempionlar Liqasında ən çox qol vuran futbolçusu olub.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçu buna evdə Portuqaliya "Benfika"sı ilə 1:1 hesablı heç-heçə etdikləri qrup mərhələsinin IV tur oyununda yiyələnib.

39-cu dəqiqədə penaltidən fərqlənən fransalı forvard Paris təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirindəki qollarının sayını 31-ə çatdırıb. Mbappe hazırda İspaniya "Valensiya"sında çıxış edən Edinson Kavanini (30 qol) geridə qoyub.

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.

Geri qayıt