Qelebə.az / "Zirə" Niger millisinin futbolçusu ilə müqavilə imzalayıb

"Zirə" Niger millisinin futbolçusu ilə müqavilə imzalayıb

12-10-2022, 10:22

"Zirə" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "qartallar" İssa İbrahim Cibrila ilə anlaşıb.

27 yaşlı vingerlə 2,5 illik müqavilə imzalanıb. Əldə edilmiş razılığa görə, sözləşmə 2023-cü il yanvarın 1-də qüvvəyə minəcək.

Qeyd edək ki, Niger millisinin də üzvü olan İssa İbrahim Cibrilanın son klubu Türkiyənin “Keçiörengücü” komandası olub.

Geri qayıt